04 Noyabr 2024, Bazar ertəsi

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasının müzakirəsi və 2021-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclaslar keçirilib.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyində keçirilən iclasda agentliyin direktoru Samiq Sadıxov çıxış edib. Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi zamanı Səhiyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərilərək icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrinin sayı 18-ə yüksəlib.
Hesabat dövründə tibb müəssisələrində tibbi heyətə agentliyin əməkdaşları tərəfindən seminar-treninqlər keçirilib, tibb işçilərinin sualları yerində cavablandırılıb.

2021-ci ilin ilk 6 ayı ərzində vahid elektron idarəetmə sisteminin proqram təminatının təkmilləşdirilməsi prosesi davam etdirilib, ümumilikdə, sığortaolunanlara 43 min 653 göndəriş vərəqəsi verilib, 4 min 175 vətəndaş göndəriş almasına baxmayaraq, xəstəxanalara müraciət etməyib. Digər xəstəxanalarda lazımi tibbi xidmətlər üzrə icrası mümkün olmayan 11 min 563 təkrar göndərişli xəstələr də daxil olmaqla tibb müəssisələri tərəfindən 51 min 41 göndəriş vərəqəsi qəbul edilib. 872 tibbi xidmətə göndəriş vərəqəsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün icrasının qarşısı agentlik tərəfindən alınıb.
Yanvar-may ayları ərzində icbari tibbi sığorta çərçivəsində iştirak edən tibb müəssisələrinə 131 min 152 müraciət daxil olub, ümumilikdə, 471 min 341 adda tibbi xidmət göstərilib. 2021-ci ilin ilk 6 ayı ərzin­də qanunvericiliyin tələbinə uyğun olaraq sığortaolunanlardan sığorta haqları təyin edilmiş proqram daxilində müvafiq orqan tərəfindən toplanılıb və agentliyin hesabına ödənilməsi təmin edilib.
İcbari tibbi sığortanın səhiyyə sisteminin uğurlu modeli kimi tətbiqi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Sonda agentlik əməkdaşlarının çıxışları dinlənilib.

*  *  *

“Naxçıvan” Universitetindəki iclası giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, 2021-ci ilin birinci yarısında ali təhsil müəssisəsində bütün təhsil pillələri üzrə ölkənin başqa bölgələrindən olan 150, 100-ə yaxını əcnəbi tələbə olmaqla, 1339 tələbə təhsil alır. Tələbələrin tədrisi ilə yüksəkixtisaslı 95 nəfər professor-müəllim heyəti məşğul olur.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclis Sədrinin: “Muxtar respublikada digər təhsil pillələri ilə yanaşı, ali təhsil üçün də hərtərəfli şərait yaradılıb. Ali təhsil müəssisələri mövcud imkanlardan səmərəli istifadə etməli, xarici tələbələrin sayı artırılmalı, tədris və elmi-metodik iş günün tələbləri səviyyəsində qurulmalı, startap hərəkatı və innovativ metodların təhsildə tətbiqi əsas istiqamət kimi götürülməlidir” fikrini xatırladan rektor bu sahədə qazanılan uğurların bundan sonra da universitet tərəfindən davam və inkişaf etdiriləcəyini vurğulayıb.
Rektor bildirib ki, dünyanın ali təhsil ocağı ilə tədris və elmi sahədə əlaqələri olan “Naxçıvan” Universitetində 2020-2021-ci tədris ilində 91 əcnəbi tələbə təhsil alıb. Bir çox beynəlxalq layihələrin tərəfdaşı olan universitetin bu sahədə əlaqələri daha da genişləndirmək məqsədilə gördüyü işlər haqqında danışıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *  *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən iclasda rektor Azad Novruzov çıxış edərək bildirib ki, hesabat dövründə ali təhsil ocağında 16 iхtisаs üzrə bаkаlаvr, 5 ixtisas üzrə isə magistr hazırlığı aparılıb. 2 dissertant fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib. 1 əməkdaş filologiya üzrə fəlsəfə doktoru elmi dərəcə diplomunu alıb.
Diqqətə çatdırılıb ki, 29 aprel 2021-ci il tarixdə tədrisin yeni metodlarla zənginləşdirilməsi və tələbələrin STEAM təlim metoduna yiyələnmələri üçün institutda yeni STEAM kabinəsi yaradılıb, innovasiya laboratoriyasının təşkilatçılığı ilə hesabat dövründə “Startap: innovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilib və tələbələrin yeni layihələrinin təqdimatı olub.
Qeyd edilib ki, hazırda 94 nəfər əməkdaş tərəfindən elmi-tədqiqat işləri aparılır. 2021-ci ilin I yarım ilində institut əməkdaşlarının, ümumilikdə, 253 əsəri, o cümlədən 35 kitab, kitabça və broşürü (mono­qrafiya, dərs vəsaiti, metodik vəsaiti, fənn proqramı və digər), 130 elmi və elmi-metodik məqaləsi və 88 konfrans materialı (tezisi) çap olunub. Məqalələrdən 16-sı xaricdə, o cümlədən 14-ü impaktfaktorlu jurnallarda dərc edilib.
Ötən yarım ildə 2 respublika və regional konfrans, 18 adda müxtəlif səpkili institut səviyyəli elmi tədbirlər keçirilib, 200-ə qədər tələbə və magistrantın tədris ili ərzində yerinə yetirdiyi işlərdən 51-i həvəsləndirici mükafatlara layiq görülüb.
Sonra çıxışlar olub.

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR