07 Dekabr 2024, Şənbə

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.
İyun ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 12 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.

Əhali arasında aparılan ekoloji-hüquqi maarifləndirmə tədbirləri də diqqətdə saxlanılmışdır. Bu məqsədlə Şahbuz rayonunun Biçənək kəndində ətraf kəndlərin də nümayəndələrinin iştirakı ilə əhali arasında keçirilən maarifləndirmə tədbirində, ətraf mühitin mühafizəsi, brokonyerlik hallarına qarşı birgə mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları və torpaqların münbitliyinin qorunması haqqında müzakirələr aparılmışdır.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında iyun ayı ərzində Araz çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 8, Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən isə 4 olmaqla, ümumilikdə, 20 su nümunəsi götürülmüş və 194 analiz aparılmışdır.
Ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması məqsədilə 655 dibçəkdə yetişdirilmiş tinglə bərpa aparılmış, 35 hektar sahədə cərgələrarası texnika vasitəsilə kultivasiya olunmuş, suvarılmış, su xətlərində bərpa işləri davam etdirilmiş, otbiçən aqreqatlarla 45 hektar sahədə ot biçilmiş, tinglərə aqrotexniki qaydada qulluq göstərilmiş, toxmacarlıqlara 150 kiloqram gübrə verilmiş, təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq toxum tədarükünə başlanılmışdır.
Ay ərzində ziyanvericilərə qarşı aparılmış dezinfeksiya tədbirləri zamanı Batabat meşəsi ərazisində, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ətrafında, Gömür, Nursu və Biçənək avtomobil yollarının kənarındakı yaşıllıq zolaqlarında dərmanlama işləri icra edilmişdir.
Hesabat ayında nazirlik tərəfindən iməciliklər yolu ilə salınmış bağlardan toplanmış 3520 kiloqram müxtəlif meyvə hərbi hissələrə sovqat aparılmışdır.
Yaylaq mövsümü ilə əlaqədar ötən ay Şahbuz rayonunun Batabat, Keçili və Qızıl Qışlaq kəndləri ərazisində məskunlaşmış fermerlərlə fərdi görüş keçirilmiş və yaylaqdan istifadə qaydaları haqqında maarifləndirici söhbət aparılmışdır.
5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə ekologiya könüllülərinin və bir qrup gəncin iştirakı ilə Heydər Əliyev Su Anbarının ətrafında təmizlik aksiyası keçirilmiş, gənclərə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər və görülən işlər haqqında geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR