22 Dekabr 2024, Bazar

İyulun8-dəNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Tarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu”mövzusunda seminar-treninq keçirilmişdir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru F.QuliyevaTarix profilli muzeylərin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda çxış etmişdir.

 

Qeyd edilmişdir ki, Rusiya imperiyasının XIX əsrin əvvəllərində güclənən işğalçılıq siyasəti xalqımıza məxsus maddi-mədəni irsin qarət edilməsinə, bir sıra qiymətli arxeoloji abidələrin Tiflis, Moskva, Sankt-Peterburq, eləcə də dünyanın digər muzeylərinə aparılmasına səbəb oldu. Dövrün aydınları milli mədəniyyət nümunələrinin kolleksiyalarınıtoplamaqla onların qorunması və nümayişini rəsmiləşdirərək əbədiləşdirmək və muzey qaydalarına uyğun formada təşkilinə nail olmağa səy göstərmişlər. Bu səylər Azərbaycanda ilk muzey mədəniyyətinin yaranmasına vəsilə olmuşdur. İlk muzeyin yaradıcılarından biri olan görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin adı bu gün də böyük hörmətlə xatırlanır.

1920-ci ildə Bakıda Azərbaycan Dövlət Tarix Muzeyinin rəsmən yaradılması respublikada, o cümlədən qədim Naxçıvan diyarında da rəsmi muzeyin yaradılmasına səbəb oldu. 1924-cü ildə Naxçıvanda ilk dəfə dövlət tərəfindən Tarix- Etnoqrafiya Muzeyi yaradılmışdır. Bu gün Naxçıvanda 30 muzey və muzeytipli müəssisə var. Bu muzeylərin bir hissəsi  maddi-mədəni irsimizin toplanması və təbliğində əhəmiyyətli rolu olan tarix profilli muzeylərdir. Muxtariyyətin yaşıdı Naxçıvan Dövlət Tarix  Muzeyi, rayon tarix-diyarşünaslıq muzeyləri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Bayraq Muzeyi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi belə muzeylərdəndir.

Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir. Son iki ildə Şərur və Şahbuz rayon tarix-diyarşünaslıq muzeyləri üçün yeni bina inşa edilmiş. Cəmşid Naxçıvanski Muzeyinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılmış, ekspozisiyaları yenidən qurulmuşdur. Bütün bunlar muxtar respublika rəhbərliyinin mədəni irsimizin qorunmasına, muzey işinin inkişafına göstərdiyi diqqətin təzahürüdür.

Tədbirin sonunda ekspozisiyaya baxış keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR