Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan kikboksinq üzrə uşaqlar arasında keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Turniri keçirməkdə məqsəd Yusif Mirzəyevin xatirəsinin yad edilməsi, kikboksinq idman növünün muxtar respublikada inkişaf etdirilməsi, yeniyetmə və gənclər arasında təbliği, kikboksinq üzrə fəaliyyət göstərən bölmələrin və klubların işinin təkmilləşdirilməsi, həmçinin bu növün kütləviliyinə nail olunmasından ibarət idi.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnirdə 150-yə yaxın idmançı mübarizə aparıb. Reqlamentə əsasən idmançılar 7-8 (18, 20, 22, 24, 26, 28 və 32 kiloqram), 9-10 (24, 26, 28, 30, 32, 36, 39 və +39 kiloqram) və 11-12 yaş qruplarında (28, 30, 32, 35, 38, 42, 47 və 52 kiloqram) rinqə çıxıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV