04 Noyabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə təcrübəqabağı konfrans keçirilib. Konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hamiliyinə verilmiş Azərbaycan dili və ədəbiyyat, Tarix, Coğrafiya, informatika, xarici dil müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisaslarının müvafiq kurs tələbələri ilə keçirilən təcrübəqabağı konfransın əhəmiyyətindən danışıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan ixtisas seçimi zamanı bu təhsil ocağına üstünlük verənlər çoxluq təşkil edib.

Bildirilib ki, pedaqoji təcrübəyə cəlb olunan tələbələr bu prosesdə ümumtəhsil məktəblərində tədris sistemini müşahidə etməklə sosial və pedaqoji dəyərlərə yiyələnirlər. Belə konfransların keçirilməsi tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
Nazir məktəblərdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı məktəb direktorlarına aidiyyəti üzrə tapşırıqlar verib.
“Pedaqoji təcrübənin xüsusiyyətləri” mövzusunda çıxışında Tədris şöbəsinin müdiri Anar Abuzərli qeyd edib ki, oktyabrın 1-dən noyabrın 20-dək universitetin pedaqoji profilli 8 ixtisasında təhsil alan tələbələr Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 12 və 15 nömrəli tam orta məktəblərdə pedaqoji təcrübədə olacaqlar. Yeddihəftəlik pedaqoji təcrübədə 180 tələbə iştirak edəcək.
“Təcrübə zamanı pedaqoji və Psixoloji işlər” mövzusunda çıxış edən Pedaqogika və psixologiya kafedrasının müdiri Aytən Məmmədova bildirib ki, pedaqoji təcrübə müəllim hazırlığı işinin ilk mərhələsi olduğundan mühüm əhəmiyyətə malikdir.
Sonda tələbələrin sualları cavablandırılıb.

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR