04 Noyabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı ədəbi-bədii kompozisiya keçirilib. Birinci kurs magistrantların təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov “Müstəqillik haqqında” qanun layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılacaq. Zəfər tariximizin bir illiyi ərəfəsində keçirilən tədbiri yüksək qiymətləndirən prorektor tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və gənclərə vətənpərvərlik amilinin şəxsiyyət və vətəndaş kimi formalaşmasındakı mühüm rolundan, bugünkü gənclərimizin intellekt və mənəviyyatları ilə müstəqilliyimizin əbədəliyinin gələcək keşikçiləri olmalarının zəruriliyindən danışıb.
Tədbir bədii hissə ilə davam edib. Magistrantların ifasında mahnılar, bədii qiraət, təşkil olunan səhnəcik tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Etibar Dərbəndəliyev
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR