21 Dekabr 2024, Şənbə

Azərbaycan Texniki Universitetində Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində monitorinq keçirilib. Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərlik etdiyi monitorinqdə ölkəmizdən olan bütün yerli tərəfdaşlar, Azərbaycan Texniki Universitetinin Biotibbi texnologiya mühəndisliyi ixtisası, İ.M. Seçenov adına Moskva Birinci Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi, Nüvə Təbabəti Mərkəzi iştirak edib.


Görüşdə Azərbaycan Texniki Universitetinin professoru Həsən Hüseynov həyata keçirilən işlər barədə danışaraq gələcək perspektivlər haqqında məlumat verib. Milli Erasmus+ Ofisinin monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənovun layihə ilə bağlı sualları cavablandırılıb.
Xatırladaq ki, layihənin monitorinqində Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin Roman-german dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva və Tibb fakültəsinin dosenti, universitet xəstəxanasının baş həkimi Elmar Rzayev iştirak ediblər. Görüş zamanı yerli tərəfdaşlar arasında layihə ilə bağlı fikir mübadiləsi aparılıb və bəzi məsələlər müzakirə olunub.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR