21 Dekabr 2024, Şənbə

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən müşavirədə II kurs magistrantlar və elmi rəhbərlər iştirak etmişdir. Müşavirəni giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda elmi və pedaqoji kadrların hazırlanmasına böyük diqqət və qayğı var. Naxçıvan Müəllimlər İnstitutunda 5 istiqamət üzrə doktorantura səviyyəsinə qəbulun aparılması və pedaqoji elmlər üzrə Dissertasiya Şurasının fəaliyyəti bunun bariz nümunəsidir. Magistratura səviyyəsi elmi tədqiqata yönəlmənin əsas mərhələlərindən biri kimi qiymətləndirilir. Hazırda institutda II kurs magistratura pilləsi üzrə 40 nəfər müxtəlif mövzularda dissertasiya işi yerinə yetirir. İxtisas kafedralarından verilən məlumatlar bunu deməyə əsas verir ki, dissertasiyaların işlənmə vəziyyəti eksperimental hissənin işlənməsi mərhələsindədir. Rektor vurğulamışdır ki, bundan sonra da elmi rəhbərlərin və magistrantların fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalı, monitorinq və qiymətləndirilmə aparılmalı, müntəzəm olaraq dissertasiyaların işlənmə vəziyyətləri müzakirə olunmalıdır.
Müşavirədə institutun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, elmi katibi, dosent Qurban Qurbanlı, Pedaqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov, Magistratura və doktorantura üzrə mütəxəssis, dosent Qızıltac Şahbazova çıxış etmişlər. Müşavirə magistrantların fəallığı ilə müzakirə formasında davam etdirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR