21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank Savadlılığı Komandası” tərəfindən istehlakçıların bank savadlılığının artırılması və onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif səpkili tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bu təbirlərdə əsas hədəf qrupları məktəblilər, tələbələr, ev təsərrüfatları, kiçik və orta sahibkarlar, iqtisadiyyat və maliyyə-bank sektorunda işləyən, bu istiqamətdə təhsil alan, həmçinin öz bilik və bacarığını artırmaq istəyən şəxslər nəzərdə tutulmuşdur.

Dünən bank maarifləndirməsi çərçivəsində Naxçıvan Universitetinin tələbələri üçün “Mərkəzi Bankçılıq” adlı tədbir keçirilmişdir. Əsas məqsəd bank savadlılığının ictimai dəyər kimi tanınması, tələbələrin savadlılıq səviyyəsinin artırılması, həmçinin bank məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək və bank sektoru ilə əlaqəli öyrənilən bilik və bacarıqların bank əməkdaşları ilə birlikdə daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsindən ibarət olmuşdur.
Tədbir zamanı iştirakçılara Mərkəzi bankın inkişaf yolu, məqsəd və funksiyaları, onun iqtisadiyyatda rolu, o cümlədən pul siyasəti, valyuta ehtiyatlarının idarə olunması, məzənnə rejimləri, uçot faiz dərəcəsi, inflyasiya və digər mövzular elektron slaydlarla tədris olunmuşdur. Həmçinin iştirakçılara bizimpullar.az portalı, edu.e-cbar.az virtual təhsil platforması və axtar.bizimpullar.az (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə də geniş məlumat verilmişdir.
Sonda suallar ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, Mərkəzi Bank əhalinin bank bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR