21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz mayor Vüsal Vəliyevin və leytenant Kamal Əbilovun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılar şəhidlərimizin xatirə guşəsi, təltif edildikləri orden və medallarla tanış olublar.

Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək hazırlıqlı, peşəkar zabit və əsgər heyəti ilə hərb tarixinə qızıl hərflərlə yazılan uğurlu döyüş əməliyyatları keçirdilər. Bildirilib ki, qəhrəman övladların – şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər vətəndaşa, xüsusilə də gənc­lərimizə örnəkdir.
Görüşlərin ardından şəhid məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR