06 Noyabr 2024, Çərşənbə

Muxtar respublikanın ali təhsil ocaqlarında 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirlər keçirilib.
Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Vurğulanıb ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər ölkə Prezidenti cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsini bir daha təsdiq edir. Ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, bu sahədə mühüm Dövlət pro­qramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Rektor Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətova, Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Mirakif Seyidov, İngilis dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Zübeydə Zeynalova tədbirdə çıxış ediblər.
“Naxçıvan” Universitetində keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva qeyd edib ki, Beynəlxalq Müəllimlər Gününün qeyd olunması müstəqil Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Ümummilli liderin müəyyənləşdirdiyi təhsil strategiyasının davamı olaraq muxtar respublikamızda peşəkar müəllim ordusu formalaşdırılıb.
Naxçıvan Müəllimlər İnstitutundakı tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov professor-müəllim heyətinin peşə bayramlarını təbrik edib. Rektor vurğulayıb ki, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm Dövlət proqramları icra olunur və əsaslı tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Müəllim əməyinə daim yüksək qiymət verilir, onlara böyük hörmətlə yanaşılır. Təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Sonra Pedaqoji fakültənin İngilis dili müəllimliyi üzrə I kurs tələbəsi Aysel Ağalarova müəllimləri təbrik edib.
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirlər bədii hissə ilə yekunlaşıb.
Müəllimlər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Qənaətcil büdcəm” adlı maarifləndirici təlim keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, Maliyyə Tədris Mərkəzinin direktoru, dosent Mehriban İmanova çıxış ediblər.
Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev təlim haqqında məlumat verib.
Sonda qalib komandaya və təlim müddətində fərqlənən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR