02 May 2024, Cümə axşamı

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən seminarda vurğulanıb ki, maarifləndirici tədbirin məqsədi qeydiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı məsul şəxslər tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilməsinə köməklik göstərməkdir. Bu gün vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə də həyata keçirilir. Qeydiyyat şöbəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası müvafiq təlimata uyğun olaraq həyata keçirilir. Eyni zamanda notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları bir sıra notariat hərəkətləri aparırlar. Yerli icra nümayəndəlikləri öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan əməliyyatlarla bağlı onların hüquq və vəzifələrini izah etməlidirlər. Aparılan əməliyyatlar zamanı müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən olunmalı, rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, verilən suallara aydınlıq gətirilib. İştirakçılara “Muxtar respublika ərazisində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin əsas məqamları barədə ” məlumat bukleti paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR