06 Noyabr 2024, Çərşənbə

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxana və informasiya ixtisası üzrə təhsil alan tələbələri ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi olmuşdur.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutun Təbiət və incəsənət fakultəsinin dekanı Rövşən Vəliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas müəsissələrinin təsdiq etdikləri birgə qrafikə uyğun olaraq təhsil müəssisələrində müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu və bugünkü kitab müzakirəsinin bu tədbirlərdən olduğunu qeyd etmişdir.

Sonra A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşı Günay Hüseynova tələbələrə Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs etmiş, “Nizaminin Hikmət və nəsihətləri” kitabı haqqında məlumat vermişdir.

Müzakirələrdən sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılmışdır. Tədbirin sonunda “Oxunması zəruri olan kitablar” başlıqlı sərgiyə baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR