21 Dekabr 2024, Şənbə

Oktyabrın 28-də A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Dövlət Universitetinin “kitabxanaçılıq və informasiya təminatı” ixtisası üzrə təhsil alan II kurs tələbələrinə “Kitabxanalara daxil edilən çap məhsullarının kitabxana texnikasına uyğun işlənməsi və komplektləşdirilməsi” mövzusunda açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı iləkeçirilən tədbiri giriş sözü ilə açan kitabxananın direktor müavini Kəmalə Ağayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyəti barədə danışmış, keçirilən açıq dərslərin tələbələrin elmi biliklərə və xüsusilə öz ixtisaslarına daha dərindən yiyələnmələrinə müsbət təsirindən bəhs etmişdir.

Sonra kitabxananın şöbə müdiri Xədicə Hüseynova “Kitabxanalara daxil edilən çap məhsullarının kitabxana texnikasına uyğun işlənməsi və komplektləşdirilməsi” mövzusunda çıxış etmişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, tələbələr kitabxananın bu sahədəki fəaliyyəti ilə əyani tanış olmuşlar.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR