21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “Sosial könüllülərin təlim düşərgəsi” başa çatıb.

 

Üç gün davam edən düşərgənin ilk günündə iştirakçıların Ağbulaq İstirahət Mərkəzi ilə tanışlığı təmin edilib, təbiət gəzintisi təşkil olunub. Günün ikinci yarısında isə gənclərə “Sosial könüllülük” haqqında təlim keçirilib. Günün sonunda könüllülər müxtəlif intellektual və əyləncəli oyunlarda iştirak edib, filmə baxıblar.
Düşərgənin ikinci günündə könüllülər psixoloji və “yoqa” təlimlərinə cəlb olunublar. Günün ikinci yarısında isə sosial könüllülərlə görüş keçirilib, məzunlara sertifikatlar təqdim olunub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, ölkədə ilk dəfə olaraq muxtar respublikada yaradılmış Sosial könüllülük hərəkatının əsas aparıcı qüvvəsi gənclər hesab olunur. Bu layihə də əksəriyyəti Sosial iş ixtisası üzrə təhsil alan tələbələr olmaqla, könüllü gənclərin iştirakı ilə formalaşdırılıb və hazırda uğurla icra olunmaqdadır. Qeyd edilib ki, layihənin ilk günlərindən sosial könüllülər xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı keçirilən tədbirlərdə həvəslə və yüksək əzmlə iştirak edirlər. Ötən dövr ərzində sosial könüllülər nazirliyin fəaliyyət istiqamətləri üzrə 100-ə yaxın tədbirdə iştirak edib, tənha ahıllara, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən xidmətlərdə fəallıq göstəriblər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında qeyd edib ki, belə tədbirlər gənclərə könüllülük dəyərlərinin aşılanması və onların bu istiqamətdə formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxış edənlər gənclərə, o cümlədən sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını bildiriblər. Sertifikatlar və hədiyyələrin təqdimatından sonra tədbirin rəsmi hissəsi başa çatıb. Görüş çay süfrəsi ətrafında davam etdirilib, sosial könüllülərin sual və təklifləri dinlənilib, qarşılıqlı müzakirələr aparılıb.
Üçüncü günün davamında sosial könüllülərin qonağı istedadlı sağlamlıq imkanları məhdud şəxs Nail Nəvai olub. O, könüllülərə motivasiya əhəmiyyətli təlim keçib, bu istiqamətdə onları maraqlandıran sualları cavablandırıb. Günün sonuncu təlimi isə debat formasında təşkil olunub.
“Sosial könüllülər düşərgəsi”nin sonuncu günü də iştirakçılar üçün yaddaqalan olub. Həmin gün düşərgə iştirakçıları istirahət mərkəzində yaradılan şəraitdən faydalanıb, asudə vaxtlarını əyləncəli təşkil ediblər. Həmin gün könüllülər kanat gəzintisi vasitəsilə təbiət gözəlliklərinə tamaşa ediblər. Günün ikinci yarısında isə düşərgə iştirakçıları Naxçıvan şəhərinə yola düşüblər.
Sosial könüllülər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR