21 Dekabr 2024, Şənbə

  

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan şəhərində keçirilib. Qeyd edək ki, sözügedən tədbirə işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.

Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 88 müəssisədən 703 boş iş yeri təqdim edilib. Nəticədə, 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 15 nəfərin qeydiyyatı aparılıb ki, onlardan 6 nəfərini hərbi xidmətdən tərxis olunmuş gənclər təşkil edib.
Növbəti əmək yarmarkası oktyabrın 21-də Şərur rayonunda keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR