27 Aprel 2024, Şənbə

“Naxçıvan” Universitetində Turizm işinin təşkili və Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələrə “Peşəkar bələdçi” təliminin I modulu keçirilib.
Tədbirdə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq “Naxçıvan” Universitetinin Turizm işinin təşkili ixtisası Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilib. Rektor bu gün turizmin ölkə iqtisadiyyatı üçün nə qədər vacib bir sahə olduğunu vurğulayaraq bu sahədə “Naxçıvan” Universitetində də ixtisaslı kadrlar hazırlandığını bildirib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət proqramının qəbul olunması yüksəkkeyfiyyətli və rəqabətə­davamlı turizm xidmətlərinin təmin edilməsinə, turizm potensialından tam istifadə olunmasına yeni imkanlar yaradıb.
Tədbirin ikinci hissəsində Turizm Departamentinin əməkdaşı Süleyman Rüstəmov tələbələrə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Turizm Departamentinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR