21 Dekabr 2024, Şənbə

Muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrindən olan rabitə və yeni texnologiyaların inkişafına xüsusi diqqət göstərilir. Bu məqsədlə rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.


Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, habelə yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır.
Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq ilkin olaraq Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində abonentlərin keyfiyyətli rabitə xidmətlərindən istifadə etmələri üçün yeni Avtomat Telefon stansiyaları quraşdırılır, habelə bir sıra yerlərdə aztutumlu Avtomat Telefon Stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil Avtomat Telefon Stansiyaları ilə dəyişdirilir.

Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatını nəzərə alaraq 928 nömrə tutumuna malik 2 ədəd elektron Avtomat Telefon Stansiyası “İstiqlal” küçəsində və Heydər Əliyev prospektində quraşdırılaraq istismara verilib. Xətai məhəlləsində mövcud olan 320 montaj tutumlu Avtomat Telefon Stansiyası 544 montaj tutumuna malik yeni nəsil Avtomat Telefon Stansiyası ilə dəyişdirilib, 576 və 544 montaj tutumuna malik 2 ədəd Avtomat Telefon Stansiyası isə quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Bu da nəticə etibarilə istifadəçi sayının artmasına və sakinlərin çoxçeşidli xidmətlərdən istifadəsinə zəmin yaradacaq.
Naxçıvan şəhərində yeni nəsil Avtomat Telefon stansiyalarının quraşdırılması, aztutumlu Avtomat Telefon stansiyaların isə montaj tutumu artıq olan Avtomat Telefon Stansiyası ilə dəyişdirilməsi nəzərdə tutulub. Həyata keçirilən tədbirlərin muxtar respublikanın rayonlarında da davam etdirilməsi planlaşdırılıb.
Qeyd edək ki, NGN texnologiyası əsasında quraşdırılan Avtomat Telefon Stansiyaları strukturuna görə daha sadə və səmərəli şəbəkə konfiqurasiyasına malik ən müasir telekommunikasiya sistemi olub, istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksəksürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR