21 Dekabr 2024, Şənbə

İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

 

Sənayenin daha sürətlə və innovativ inkişafını təmin etmək üçün biznes sektoruna müəyyən güzəştli kreditlərin və yardımların edilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili bu sahənin inkişafını daha da sürətləndirir, sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir. Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən yüzlərlə müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye məhəlləsi yaradılır.
Ölkə Prezidentinin müvafiq fərmanına əsasən 2019-cu ildə muxtar respublikada sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, özəl sektorun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Şərur Sənaye Məhəlləsi yaradılıb. Xidmət infrastrukturunun inkişaf etməsi, eləcə də sosial-iqtisadi inkişafın mühüm göstəricilərinə görə muxtar respublikanın ərazicə ən böyük rayonlarından olan Şərurda sənaye məhəlləsinin formalaşması üçün geniş imkanlar və gələcək perspektivlər mövcuddur.
Üç istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, süd emalı, meyvə-tərəvəzin konservləşdirilməsi və tomat istehsalı, ofis ləvazimatları, kağız-torba, corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulmuşdur. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılmasında da xüsusi əhəmiyyət daşıyacaqdır.
Son illər ərzində rayon və kənd­lərdə kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edib. Bu istiqamətdə Sahibkarlığın İnkişafı Fondunun xətti və sahibkarların şəxsi təşəbbüsü ilə rayonlarda daha çox mikro və kiçikhəcmli layihələrin reallaşdırılmasına başlanılıb.
Yerli xammaldan istifadə imkanlarının artırılması, istehsalın ərazi və xammal prinsipləri üzrə səmərəli yerləşdirilməsi sahəsində dövlət maliyyə dəstəyi ilə muxtar respublikanın kəndlərində süd məhsullarının emalı əsasında xama, pendir, lavaş, kompot, balın emalı, meyvəqurutma, fərdi quşçuluq, bağçılıq, üzümçülük, tərəvəz və limon istixana kompleksləri, soyuducu anbar və bu kimi çoxsaylı kiçikhəcmli istehsal sahələri yaradılıb. Belə ki, cari ildə verilən kreditlərin 32,5 faizi kiçikhəcmli layihələrin payına düşüb.
Son illər muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq işləri kənd və qəsəbələrimizi də əhatə edib, minlərlə sosial infrastruktur obyektləri istifadəyə verilib. Bunun müqabilində sahibkarlar da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, öz fəaliyyətləri ilə dövlət siyasətinə dəstək verməlidirlər. Çünki qurulan hər bir müəssisə dövlətimizin iqtisadi gücünü artırmaqla yanaşı, yeni iş yerlərinin açılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Bu baxımdan kiçik və orta həcmli layihələrin icrası böyük önəm daşıyır.
Dахili bаzаrın qоrunmаsı, əhаlinin tələbаtının dаhа kеyfiyyətli məhsullаrlа ödənilməsi məqsədilə yеrli rеsurslаr və sаtış bаzаrının mövcud оlmаsı nəzərə аlınmаqlа iqtisаdi cəhətdən səmərəli hеsаb еdilən istеhsаl sаhələrinin yаrаdılmаsı istiqаmətində Rusiyа, Çin, Hindistan, İtaliya, Türkiyə şirkətləri ilə əlаqələr yаrаdılаrаq 17 lаyihə аlınаrаq tехniki iqtisаdi göstəriciləri аrаşdırılıb və sаhibkаrlаrlа təqdimаtı keçirilib.
Təqdimatı keçirilən layihələr içərisində orqanik gübrə, minişərab, mismar, plastik taralar, velosiped, sabun, yun iplik, tibbi pambıq, ipliklərin təbii boyaqlarla boyanması, gülab, yumurta tarası, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz, yabanı meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi, arıçılıq məhsullarının emalı sahələrinin, damazlıq təsərrüfatlarının yaradılması, ət kəsim və heyvandarlıq məhsulları tədarükü məntəqələrinin, avtoservis, turizm və əyləncə sahələrinin yaradılması, o cümlədən idman sahəsində pullu xidmət növlərinin yaradılması daha məqsədəmüvafiq hesab edilib.
Hazırkı dövrdə muxtar respublikamızda sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz bu səbəbdən sənayeləşmə siyasəti xeyli vaxtdır ki, muxtar respublikanın iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR