Buraxılış imtahanları ilə əlaqədar proqramı noyabr ayının axırında çap edəcəyik. Ola bilər ki, proqrama hər hansı mövzu salınar və ya ixtisara salına bilər. Bu, onunla əlaqədar ki, biz dərsliklərin monitorinqini aparırıq. Monitorinq keçiriləndən sonra biz proqramı elan edirik. Kurikulum Azərbaycanda 2009-cu ildə tətbiq olunub. Biz 2011-ci ildən monitorinqlər aparmağa başladıq. Yalnız 2019-cu ildə biz yeni növ imtahan tətbiq etdik.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda valideynlərin və müəllimlərin suallarını cavablandırarkən deyib.