Oktyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşova və məşqçi Əkbər Qubuşovun iştirakı ilə muxtar respublikada stolüstü tennis ilə məşğul olan paralimpiyaçılar üçün təlim keçirilib. Təlimdə iştirakçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyələr verilib.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev təlim-məşq prosesini izləyib, idmançıların qayğıları ilə maraqlanıb.
Sonda Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşovaya xatirə hədiyyəsi və təşəkkürnamə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti