06 Noyabr 2024, Çərşənbə

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs şəhid ailələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərimizə ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir.
Ötən şənbə günü xəstəxananın 23 nəfərdən ibarət həkim briqadası Şərur Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirib. Aksiyada 29 şəhid ailəsinin 102 üzvü, Vətən müharibəsində iştirak edən və yaralanan qazilərimiz heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan 600-dən çox müayinə və müalicəyə cəlb edilib.

Müalicəyə cəlb olunanlara müvafiq dərman təyinatı yazılıb. Şərur Rayon Mərkəzi Xəstəxanası nəcib təşəbbüs göstərərək şəhid ailələrini ödənişsiz olaraq dərmanlarla təmin edib.
Şəhid ailələlərindən və qazilərdən 4 nəfəri MRT müayinəsi və rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub.
1 nəfər Çernobıl hadisələri zamanı sağlamlığını itirmiş şəxsə, 3 nəfər Birinci Qarabağ müharibəsi qazisinə də müvafiq tibbi yardım göstərilib, tibbi təyinat və məsləhətlər verilib.
Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR