04 Noyabr 2024, Bazar ertəsi

Ali təhsil ocağında Elm və innovasiyalar bölməsi və Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi 2021-2022-ci tədris ilində magistrant adını qazanmış təhsilalanlarla görüş keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev ali məktəbə magistrant kimi təhsil almağa başlayanları təbrik edib və onlara uğurlar arzulayıb. Rektor bu il magistraturaya 250 yerə qarşı 226 magistrantın qəbul olduğunu bildirərək qəbul faizinin 90 faizdən artıq olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu da indiyə qədər əldə olunan ən yüksək nəticədir. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı həm də qarşıya çox böyük məsuliyyət qoyur. Ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən danışan Elbrus İsayev magistrantların hazırlanması sahəsində ciddi işlərin həyata keçirildiyini diqqətə çəkib. Qeyd olunub ki, universitetdə bu tədris ilindən etibarən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək.

Magistratura mərkəzinin direktoru Etibar Məmmədov Naxçıvan Dövlət Universitetində magistratura hazırlığı haqqında çıxışında qeyd edib ki, 1997-ci ildən 7 ixtisas üzrə 24 nəfərə magistr təhsili verməyə başlayan universitetdə hazırda hər iki kursda 77 ixtisas üzrə kadr hazırlığı aparılır. Vurğulanıb ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki, magistratura üzrə dekanlıq əsaslı şəkildə yenidən qurulan və müasir kommunikasiya vasitələri ilə təmin olunan binada fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər.
Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov “Akademik karyera planlaması və könüllülük” haqqında çıxış edərək qeyd edib ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu sahədə fəaliyyətin universitetimizdə də məqsədyönlü həyata keçirilməsinə şərait yaradıb.
Vurğulanıb ki, ötən il magistrlərdən ibarət könüllülərin rəhbərlik etdiyi bölmədə magistrlərin fəaliyyəti qiymətləndirilib və bu fəaliyyəti uğurla keçənlər ali təhsil ocağında işlə təmin olunublar.
Universitet Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bu ali təhsil ocağının elmi nailiyyətlərində təhsilalanların rolundan danışıb, ötən tədris ilində TEC-in uğurlu fəaliyyəti videoçarxlarla tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Universitet TEC Magistratura Şurasının sədri Fuad Babayev 2021-2022-ci tədris ilində Magistratura Şurasının vəzifə və öhdəlikləri haqqında çıxış edib.
Sonda könüllülük fəaliyyəti nəticəsində Naxçıvan Dövlət Universitetin Elm və innovasiyalar bölməsində işçi kimi çalışan Türkan Quliyeva ali təhsil ocağında tələbələrə göstərilən xüsusi diqqət və qayğıdan danışıb və çəkdiyi “Naxçıvan mənzərəsi” adlı rəsm əsərini rektora hədiyyə edib.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR