06 Noyabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 9 avqust tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə verilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində 2021-ci ilin üçüncü rübündə işlər davam etdirilib.


Mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 35 POS-terminal aparatı quraşdırılıb, ümumi POS-terminal aparatlarının sayı 760 ədədi Naxçıvan şəhərində, 742-si isə rayon və kənd mərkəzlərində olmaqla, 1502-yə çatdırılıb, ödəniş terminallarının sayı 5 vahid artaraq 102, bankomat aparatlarının sayı isə 109 ədəd təşkil edib. Bu dövdə nağdsız ödənişlərin həcmi 29 milyon 672 min 50 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 708 min 755 manat çoxdur.
Müvafiq dövlət orqanları ilə birlikdə 2022-ci ilədək özəl sektorda çalışan işçilərin əməkhaqlarının nağdsız formada (ödəniş kartları vasitəsilə) ödənişinin başa çatdırılması üçün vergi orqanları tərəfindən vergiödəyicilərini və sahibkarları maarifləndirmə işləri aparılıb və 2021-ci ilin üçüncü rübündə özəl sektorda 7 vergiödəyicisi üzrə 18 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Dövlət proqramına əsasən muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi, həmin şəxslər tərəfindən fəaliyyət göstərdiyi sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kommunal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin tamamilə nağdsız şəkildə ödənilməsi üçün ödənişlərin dövlət büdcəsinə onlara məxsus ödəniş kartları vasitəsilə nağdsız aparılması ilə bağlı yerlərdə maarifləndirici tədbirlər keçirilib, qeyd edilən dövrdə 164 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 88 min 798 manat, 369 vergiödəyicisi tərəfindən isə öz şəxsi kartları (şəxsi istifadə, birkart, təqaüd və sair kartlar) vasitəsilə 162 min 235 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində üçüncü rüb üzrə sahibkarlıq subyektləri və vətəndaşlarla 14 halda maarifləndirici görüşlər keçirilib. İyul ayında 2021-ci ilin birinci yarım ilinin nəticələrinə uyğun olaraq daha çox nağdsız ödənişlər aparan vətəndaşlar arasında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 15-ci tirajı keçirilib və muxtar respublika üzrə 445 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Dövlət proqramının icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısına qoyulan tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmaqla, muxtar respublikada nağdsız ödənişlərin genişləndirilməsi və ümumi iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR