29 Mart 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” adlı taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, müəssisə əməkdaşlarının praktik bacarığının təkmilləşdirilməsidir.

Plana uyğun olaraq birinci mərhələdə cəmiyyətin fövqəladə hallarda fəaliyyət planının reallığı, mülki müdafiə qüvvə və vasitələrinin hazırlıq səviyyəsi yoxlanılıb, müəssisənin könüllü yanğınsöndürmə dəstəsinin şəxsi heyətindən “Tam döyüş açılışı” normativləri üzrə məqbullar qəbul edilib.
İkinci mərhələdə isə istehsalat sahələrində şərti baş verən yanğınların qarşısı alınaraq söndürülüb, yanğın zonasından işçilər və maddi vəsaitlər təxliyə olunub, xəsarət alanlar xilas edilib, onlara tibb məntəqəsində ilk tibbi yardımın göstərilməsi təmin edilib.
Taktiki-xüsusi təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 xüsusi təyinatlı avtomobili, 24 nəfərlik şəxsi heyəti, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 46 nəfərdən ibarət mülki müdafiə qüvvələri cəlb olunub.
Təlim təhlükəsizlik qaydalarına əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR