Dünən Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində“Bank Savadlılığı Layihəsi” çərçivəsində 31 oktyabr Beynəlxalq Əmanət Günü ilə bağlı “Bugünün qənaəti sabahın əmanətidir” adlı tədbir keçirilib.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində“Bank Savadlılığı Komandası” tərəfindən əhalinin bank savadlılığının artırılması və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün təşkil olunub.
Tədbirdə İqtisadi təhlil və statistika şöbəsinin rəisi Azər Səfərov əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması daha aşağı yaşlardan başlanıldığı üçün bu tədbirin universitet tələbələrinə yönəldiyini qeyd edib. Tədbirin keçirilməsində əsas məqsədə müxtəlif maarifləndirici vasitələrlə tələbələrin bank bilik və bacarıqlarının artırılması, həmçinin bank məhsul və xidmətləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək və onlarda bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu vurğulayıb.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank Savadlılığı Komandası”nın üzvləri Qənbər Xudiyev və Samil Quliyev tərəfindən pul xərcləmək bacarıqları, qənaət vərdişləri, qənaətin məqsədi, faydaları və qlobal əhəmiyyəti, əmanət anlayışı, onun formaları, əmanətin tarixi, faydaları, muxtar respublikadakı banklarda cəlb edilmiş əmanətlərin həcmi, banklarda əmanətlər üzrə faiz bölgüsü, əmanətlərin sığortalanmasının qaydaları və digər mövzular elektron slaydlarla tədris olunub və iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılıb.
Tələbələrə bankların bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər paylanılıb və onlara banklarda mövcud olan bank məhsul və xidmətləri barədə geniş məlumat verilib.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib. Qalib şəxslərə bankların “Gold”kart, “Kartmane” kimi bank məhsulları hədiyyə olunub. Qalib banklarda təcrübə keçmək imkanı əldə ediblər.
Xəbərlər şöbəsi