06 Noyabr 2024, Çərşənbə

“Naxçıvan” Universitetində keçirilən seminarı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq arxiv sənədlərinin əhəmiyyətini və qorunmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il martın 14-də “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərancamın məqsədlərindən biri də arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün elmi müəssisələrlə (təşkilatlarla) qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir. “Naxçıvan” Universiteti olaraq biz bu gün bu əməkdaşlıq üçün ilk addımı ataraq universitetdə belə bir elmi seminar təşkil etdik.


Naxçıvan Şəhər Dövlət Arxivinin müdiri Əbülfəz Məhərrəmov çıxış edərək bildirib ki, arxivlər tarix etibarilə kitabxanalardan sonra yaranmasına baxmayaraq, əsasən, hakim təbəqəyə və daha sonra dövlətin öz funksiyalarının həyata keçirilməsi üçün tələb olunan informasiyanın qorunmasına xidmət edib. Bu gün arxivlər xalqın mədəni sərvətlərinin siyahısına daxil edilən sənədli materialların qorunmasını həyata keçirir. Eyni zamanda həm də tarixin müxtəlif dövrlərində baş verən hadisə və faktları təsdiq və sübut etmək imkanına malik rəsmi dövlət orqanlarının aktlarının, idarəçilik sənədlərinin, nadir və qiymətli çap əsərlərinin, əlyazmaların, elmi-tədqiqat materiallarının toplandığı əvəzsiz xəzinədir.
Seminarda universitetin Ümumi tarix kafedrasının müəllimi, tarix elmləri doktoru Xəzər Hüseynov, Pedaqogika və psixologiya kafedrasının dosenti Nəzakət Yusifova müxtəlif mövzularda çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR