06 Noyabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin yeddinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.

Bülletendə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Şərur və Şahbuz şəhərində yeni çoxmənzilli yaşayış binalarının açılışına dair rəsmi məlumatlar yer alıb. Şahbuz rayonunda yeni torpaqların əkin dövriyyəsinə qatılması, muxtar respublikada taxıl biçininin mütəşəkkil aparılması ilə bağlı keçirilən tədbirlər barədə xəbərlər yerləşdirilib. Qəbul edilmiş Dövlət proqramlarında torpaqlardan səmərəli istifadə, onların mühafizəsi, uçotu və xəritələşdirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrasına dair yazılar verilib. Nömrədə daşınmaz əmlak sahəsində aktual olan qonşuluq münasibətlərinin hüquqi aspektləri barədə geniş material yerləşdirilib.
Daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatının yenilənməsi istiqamətində görülmüş işlər, xidmət tərəfindən göstərilən səyyar və elektron xidmətlər jurnalda geniş işıqlandırılıb. Nömrədə xidmətin fəaliyyət istiqamətləri üzrə həyata keçirilmiş tədbirlərə dair xəbərlərə yer ayrılıb, həmçinin cari ilin birinci yarısında görülmüş işlərə dair statistik məlumatlar, cədvəl və diaqramlar yerləşdirilib.
Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası oxuculara təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR