22 Dekabr 2024, Bazar

İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirmişdir. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər.

Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün və Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirildiyini xatırladan Ali Məclisin Sədri “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin də gənclər arasında qarşılıqlı əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu səmimi qəbula və göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” barədə məlumat vermişdir. Hər iki ölkədən 200-dən artıq gəncin iştirak etdiyi düşərgədə müxtəlif tədbirlərin keçiriləcəyini, gənclərin Naxçıvanla ətraflı tanış olacaqlarını bildirən Enes Eminoğlu gənclər arasında qarşılıqlı tədbirlərin bundan sonra da mütəmadi davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR