22 Dekabr 2024, Bazar

 

“Muxtar respublikanın kütləvi informasiya vasitələrində fəaliyyət üçün geniş imkanlar yaradılıb. Lakin maddi-texniki bazadan və yaradıcılıq imkanlarından səmərəli istifadə sahəsində nöqsanlara yol verilir. Xüsusilə aparılan islahatlardan sonra Naxçıvan teleradiosunda fəaliyyət yeni tələblər əsasında qurulmalı, “Şərq qapısı”, şəhər və rayon qəzetləri informasiya-məlumatlandırma işinin keyfiyyətini artırmalıdır”.

 Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulan bu tapşırıqları bir daha diqqətə çatdıran Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli bildirib ki, ilin sonuna qədər efir keyfiyyətinin artırılması üçün bütün yaradıcılıq imkanları səfərbər ediləcək.

 "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində ötən altı ayın müzakirəsi zamanı qeyd olunub ki, bu ilin altı ayında Naxçıvan Televiziyasının öz istehsalı olan videomateriallar ümumi efirin 69.6 faizini təşkil edib. Müxtəlif profilli 850-yə yaxın yeni telematerial, 14 yeni televiziya və sənədli film efirə təqdim edilib.

Sahil Tahirli bildirib ki, 2021-ci ildə də Naxçıvan Teleradiosunun maddi-texniki bazası gücləndirilib, 70 min manat dəyərində ən müasir efir və çəkiliş avadanlıqları teleradionun istifadəsinə verilib. Televiziya bundan sonra da mövcud maddi texniki bazadan, kollektivin yaradıcılıq potensialından düzgün istifadə etməklə fəaliyyətinini gücləndirməlidir.  

Qeyd olunub ki, bu ilin ilk yarımilində “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 9 min 300-dən çox məlumat paylaşılıb. “Nuhçıxan” İnformasiya Agentliyinin saytına dünyanın 165 ölkəsindən müraciət olunub. Naxçıvan Radiosunda isə ötən il ərzində 939 yeni radiomaterial efirə təqdim olunub. Bunların 789-u canlı yayımlanan veriliş və proqramlardır.

Cəmiyyətin sədri deyib ki, televiziya və radioda hazırlanan materiallarda rejissor və operator işi gücləndirilməlidir. Baş redaktorlar verilişlərin məzmun və keyfiyyətinə ciddi diqqət etməlidirlər. Jurnalist araşdırması və yanaşması, mövzunun aktuallığı, əhatəliliyi diqqətdə saxlanılmalı, ədəbi dilin normalarına, orfoqrafiya və orfoepiya qaydalarına ciddi fikir verilməli, gənc kadrlarla iş gücləndirilməlidir.

İclasda bütün redaksiyaların fəaliyyəti geniş təhlil edilib, buraxılan səhvlər konkret faktlarla diqqətə çatdırılıb, ciddi nöqsanlara  yol verən əməkdaşlara bu ilin sonunadək fəaliyyətlərində dönüş yaratmaq üçün vaxt verilib. 

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin, Cəmiyyətin Proqram, efirə buraxılış və əlaqələndimə direksiyasının direktoru İlkin Rzayevin, “Sənədli filmlər və dublyaj” redaksiyasının baş redaktoru Müzəffər Əsgərovun, “Xəbərlər” redaksiyasının baş redaktoru Röyal Məmiyevin, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Fizzə Bağırovanın, "Radio verilişləri" redaksiyasının baş redaktoru Nihad Bayramlının görülmüş işlər və qarşıya qoyulmuş vəzifələr barədə çıxışları dinlənilib.

İclasda növbəti yarımil üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR