21 Dekabr 2024, Şənbə

Muxtar respublikada Azərbaycan Respublikasının müdafiəsində sağlamlıqlarını itirən vətəndaşların dispanserizasiyası tədbirləri həyata keçiriləcək. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb.

“Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası” publik hüquqi şəxsin və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, rayonlarda və Naxçıvan şəhərində Azərbaycan Respublikasının müdafiəsində sağlamlıqlarını itirən vətəndaşların adlı siyahısı qısa müddətdə tərtib edilsin. Həmin şəxslər arasında profilaktik tibbi müayinələrin aparması məqsədilə “Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası” publik hüquqi şəxsi və və rayon mərkəzi xəstəxanalarında terapevt, cərrah, nevropatoloq, oftalmoloq və stomatoloqdan ibarət həkim briqadaları yaradılsın və onların iş qrafiki tərtib edilsin. Qrafikə uyğun olaraq Naxçıvan şəhərində və rayonlarda kütləvi profilaktik tibbi müayinə tədbirlərinə başlanılsın. Ehtiyac olan hallarda xəstələr konsultasiya məqsədilə yüksəkixtisaslı tibb müəssisələrinə və dispanserlərə göndərilsin, onların vacib laborator-diaqnostik müayinələri başa çatdırılsın.
Naxçıvan şəhərindəki dispanserlərin və yüksəkixtisaslı tibb müəssisələrinin baş həkimlərinə Azərbaycan Respublikasının müdafiəsində sağlamlıqlarını itirən vətəndaşların müayinə və müalicə tədbirlərinə nəzarətin daha da gücləndirilməsi, dispanserizasiya tədbirlərinin bu il oktyabrın 30-dək başa çatdırılması, müayinələrin nəticəsi barədə Səhiyyə Nazirliyinə yazılı məlumat verilməsi ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, artıq bu tədbirlərin icrasına başlanılıb. Həkim briqadaları yaradılıb və ay ərzində qrafikə uyğun olaraq kütləvi profilaktik tibbi müayinə tədbirləri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR