19 Mart 2024, Çərşənbə axşamı

Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası əhalinin məşğulluğu sahəsində də sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsində özünü göstərməklə, müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb.


Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, sağlamlıq imkanları məhdud olan şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzindədir. Belə şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edən nazir müavini bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 31 may 2018-ci il tarixdə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrasının vacibliyini diqqətə çatdırıb.
Nazirliyin əməkdaşı Elmin Fərəcov sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası, həmin kvota üzrə müəyyən olunmuş iş yerləri üzrə işəgötürənlərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətlərindən bəhs edib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında danışıb.
Çıxışlar zamanı slaydlardan istifadə olunub, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR