19 Mart 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların  prekursorlarını məhvetmə komissiyası tərəfindən narkotik vasitələr, psixotrop maddələr və onların  prekursorları yandırılaraq məhv edilib.

 

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmünə, Naxçıvan Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə, 29 oktyabr 2018-ci il, 26 fevral 2019-cu il, 18 yanvar, 24 fevral və 30 mart 2021-ci il tarixli qərarlarına, Şərur Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli hökmünə, 27 sentyabr 2017-ci il tarixli qərarına, Ordubad Rayon Məhkəməsinin 8 dekabr 2020-ci il tarixli hökmünə, Şahbuz Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərarına əsasən ümumilikdə 13 iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ayrıca bağlamalarda saxlanılan narkotik vasitələr, psixotrop maddələr və onların  prekursorlarına komissiyanın üzvləri tərəfindən  baxış keçirilib, onların ümumi çəkisi, bağlamaların açılmadığı yoxlanılıb. Ümumi çəkisi 55 qram 180 milliqram qurudulmuş marixuana, 689 milliqram heroin narkotik vasitələri, 1 qram 105 milliqram metamfetamin psixotrop maddəsi, 1 ədəd qəlyan formasında hazırlanmış şüşə boru, 2 ədəd polietilen torbada ümumi sayı 197 ədəd olmaqla çəkisi 44 qram 325 milliqram Tramadol dərman həbləri və 6 ədəd içi boş olan konvalyut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 dekabr 2020-ci il tarixli və 17 iyul 2021-ci il tarixli məktubları ilə  601 milliqram heroin, 10 ədəd dərman həbi, 135 qram 900 milliqram marixuana, 113 qram həşiş, 197 qram 930 milliqram tiryək, 7 tablet və 7 parça tablet metadon, 488 qram metadon maye, 14 qram 140 milliqram metamfetamin, 79 tablet və 2 parça tablet psixotrop tərkibli dərman naturada üzləşdirilərək Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin Tibbi Tullantıların Ləğvi Sistemində yandırılmaqla məhv edilib.  

Qeyd edək ki, qanunsuz olaraq keçirilən və Gömrük Orqanları tərəfindən  saxlanılan pirotexniki vasitələr  də yandırılaraq məhv edilib.

Turab Hacızadə

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR