20 Aprel 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi iyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında olublar.   Məlumat verilib ki, Nəbatat bağı 2003-cü ildə yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərişilə bağ muxtar respublikanın ziyarət olunan muzeyləri siyahısına daxil edilib. 13,2 hektar ərazini əhatə edən bağda dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq edilir. Həmçinin burada nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir.        

                                                                                             

Bildirilib ki, Nəbatat bağının yaradılmasında əsas məqsəd insanların dünya ölkələrinin, o cümlədən muxtar respublikanın zəngin flora nümunələriilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına daxil edilmiş müxtəlif bitki növləri də mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, tingçilik sahələri, həmçinin üzüm və meyvə genofondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.          

                                                       

Muxtar respublikanın zəngin flora nümunələri ilə tanışlıq buranı ziyarət edən əməkdaşlarda xoş təəssüratlar yaradıb.

Səbuhi HƏSƏNOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR