22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” adlı seminarlartəşkil olunur.

İyulun 29-da təşkil olunan növbəti seminardaKəngərli Rayon MKS-nin əməkdaşları iştirak edib.

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri nazirliyin Mədəniyyət və mədəni-irs şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Abbasova açaraq qeyd etmişdir ki, kitabxanalarda uçot və qeydiyyat işinin daha da təkmilləşdirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi üçün Nazirlik tərəfindən ardıcıl tədbirlər həyata keçirilir – kitabxanaçılar üçün kurslar təşkil edilir, metodiki vəsaitlər hazırlanır, seminarlar, ezamiyyələr, təcrübə məşğələləri və s. təşkil edilir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənməsi qaydaları” adlı seminar da belə tədbirlərdəndir.

Vurğulanmışdır ki, seminarın əsas məqsədi kitabxanaçılara əməli və metodik köməklik göstərməkdən ibarətdir. Seminar 6 mərhələdə təşkil edilmişdir. Bugünkü seminar Kəngərli Rayon MKS-nin əməkdaşları üçün təşkil olunur.

Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” adlı çıxış etmişdir. Çap məhsulları ilk növbədə Kitabxananın Komplektləşdirmə şöbəsinə daxil olur. Burada kitablar qoşma sənədlə yoxlanılır. Qoşma sənədlə yoxlanıldıqdan sonra kitablar uçota alınır. Uçot işi 2 mərhələdə aparılır: Fərdi uçot kitabında və ümumi uçot kitabında. Mövzu slaytlar vasitəsilə seminar iştirakçılarına əyani izah edilimişdir.

Çıxışlardan sonra tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılmış, kitab üzərində əyani olaraq nümunələr göstərilmişdir.

Tədbirdə Kəngərli Rayon MKS-nin 22 əməkdaşı iştirak etmişdir.

Qeyd edək ki, ilk seminar Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri üçün keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin Mətbuat Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR