22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetinin rektoru və universitet əməkdaşları Türkiyəyə səfəri çərçivəsindəİstanbul şəhərində yerləşən Yıldız Texnik Universitetində olublar. İki tərəfli görüşdə Yıldız Texnik Universitetinin rektoru, professorTamer Yılmaz qonaqları salamlayaraq onları burda qarşılamaqdan məmnunluğunu ifadə edib.  Bildirilib ki, 1911-ci ildən fəaliyyət göstərən universitet beynəlxalq səviyyədə təhsil, təlim və tədqiqat sahəsində mükəmməllik əldə edərək cəmiyyətin ehtiyaclarına və milli rəqabət qabiliyyətlərinə töhfə verən fərdləri yetişdirmək və yenilikçi fikir və təcrübələri tətbiq etmək missiyası ilə fəaliyyət göstərir.Qeyd edilib ki, universitet texnologiya sahəsində Türkiyədə fəaliyyət göstərən qabaqcıl universitetlərdən biridir. Rektor bildirib ki, universitet proqram, informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, elektronika, əczaçılıq, maşın və avadanlıqların istehsalı, kimya, aviasiya, enerji, müdafiə sənayesi, inşaat, qida kimi bir çox sektorda elmi araşdırma tədqiqatları aparan 330 elmi araşdırma şirkəti, 111 inkubator və 8000 şirkət 1500-dən çox ixtisaslı araşdırmaçı və proqramçı ilə fəaliyyət göstərir.Tamer Yılmaz araşdırma universiteti statusu alan Yıldız Texnik Universiteti ilə Naxçıvan Dövlət Universitet arasında elmi tədqiqat sahəsində birgə elmi araşdırmaların, yeni məqalə və elektron dərgilərin birgə nəşrinin  hər iki universitet üçün əhəmiyyətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universiteti ilə qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi, elmi tədqiqat sahəsində də uğurlu fəaliyyətini qeyd edib. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamını diqqətə çatdırıb və qeyd edib ki, bu ilin iyun ayının 16-da universitetdə Texnologiyalar Parkının təməlatma mərasimikeçirilib.

Rektor vurğulayıb ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Bildirilib ki, ali təhsil ocağında innovativ inkişafla əlaqədar olaraq gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün İnnovasiya Mərkəzi və İnnovasiya laboratoriyası da yaradılıb, ixtisaslar dövlət qurumlarına hamiliyə verilib.

Muxtar Respublikada startap hərəkatına göstərilən dövlət qayğısından danışan rektor  universitetin startap müsabiqəsinin təşkili və startap hərəkatında qazandıqları uğurları diqqətə çatdırıb.

Elbrus İsayev qeyd edib ki, elmi tədqiqat sahəsində beynəlxalq indeksli jurnal və nəşrlərdə universitetin akademik heyətinin müxtəlif mövzularda məqalələri çap olunub, elmi araşdırmalarda innovasiya yönümlü elmi fəaliyyəti əsas istiqamət olaraq seçilib. Rektor vurğulayıb ki, universit beynəlxalq indeksli nüfuzlu elmi jurnallarda nəşrlərinə görə ötən il əhəmiyyətli dərəcədə irəliləyərək ölkə üzrə ön sıralarda yer alıb.  

Görüşdə Yıldız Texnik Universitetinin Texnoparkının təcrübəsindən istifadə edilməklə müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Görüş zamanı iki universitet arasında əməkdaşlıq protokolu imzalanıb.

Sonra Yıldız Texnik Universitetinin Texnoparkı ilə tanışlıq olub. Məlumat verilib ki, 2003-cü ildə yaradılan universitet texnoparkı 8000 araşdırmaçı ilə fəaliyyət göstərir. Bildirilib ki, 450 şirkət, akademik tərəfdaşları olan 87 şirkət və qeydiyyatdan keçmiş 485 patentli ixtira ilə Yıldız Texnik Universiteti Silikon Vadisində Yıldız Starcamp ilə Türkiyənin texnologiya sahəsində uğurla irəliləyən texnoparkdır.

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR