19 Mart 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları təlim-məşq toplanışında iştirak edirlər. Belə ki, idmançılarımız qolbol idman növü üzrə baş məşqçi Zahir Abdullayevin rəhbərliyi ilə keçirilən milli komandanın təlim-məşq toplanışına yollanıblar. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən Balakən şəhərində təşkil olunan toplanışa Paralimpiya Federasiyasının qolbol bölməsindən məşqçi-müəllim Turan Hüseynov və 3 paralimpiyaçı – Kamal Yusifli, Qəzənfər Zamanov və Samir İmamquliyev qatılıblar.
10 günlük təlim-məşq toplanışı ərzində “Naxçıvan” və “Bakı” komandaları arasında yoldaşlıq görüşü də təşkil olunub. Oyun muxtar respublika təmsilçisinin qələbəsi ilə başa çatıb.
Toplanış zamanı Qəzənfər Zamanov baş məşqçinin etimadını qazanaraq milli komandamızın heyətinə dəvət olunub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR