22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni avtobuslar alınaraq muxtar respublikaya gətirilib, rayon mərkəzlərinə və bütün kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilib, müasir avtovağzal binaları, avtomobil parkları istifadəyə verilib. Cari ildə də bu tədbirlər davam etdirilir.Belə ki,hazırda Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının, Şərur şəhərində avtovağzal binasının tikintisi uğurla icra olunur.
Muxtar respublikada nəqliyyatın əsas sahələrindən olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilir, infrastruktur yenidən qurulur. Belə ki, son illərdə vağzal binalarında, stansiya idarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında, digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılıb. Bu ilin 6 ayında da dəmir yolunun ayrı-ayrı sahələrində quruculuq tədbirləri diqqətdə saxlanılıb. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılıb, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri aparılır, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsinin binası, Dövriyyə Deposu binası və təmir sexi yenidən qurulur. Həmçinin Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
Görülən kompleks tədbirlər öz müsbət nəticəsini verib, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 584 min 300 ton yük, 48 milyon 107 min 700 sərnişin daşınıb ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,3 faiz, sərnişin daşınması 2 faiz artıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR