07 Dekabr 2024, Şənbə

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında yoluxucu xəstəliklərə qarşı tədbirlərin davam etdirilməsi, sanitariya-gigiyena normalarına riayət olunmasının müntəzəm nəzarətdə saxlanılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Həmin tapşırıqların ardıcıl icrası üçün sessiyadan sonra Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində Sanitar Tibbi Şura yaradılmış, vəzifələri müəyyən edilmişdir. Bu vəzifələr əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, sağlam həyat tərzi formalaşdırmaq, yoluxucu, parazitar və qeyri-infeksion xəstəliklərin profilaktikasını təmin etmək məqsədilə ətraf mühitin zərərli amillərinin və orqanizm üçün təhlükəli faktorların sağlamlığa təsirinin qarşısının alınması, sağlamlıq üçün təhlükəli məhsulların idxalından sanitariya mühafizəsini, dövriyyədə olan dərman vasitələri barəsində müəyyən olunan sanitariya-gigiyena tələblərinə əməl olunmasına dövlət sanitariya nəzarətini və təşkilati metodik rəhbərliyi həyata keçirməkdən ibarətdir.

İyulun 14-də şuranın ilk iclası keçirilib. Şurada ilkin olaraq obliqat qrupların dövri tibbi müayinədən keçirilməsinə nəzarət, sanitariya maarifi işi üzrə tədbirlərin həyata keçirilməsi, həkim və orta tibb işçilərinin ixtisaslaşma kurslarına göndərilməsi, məktəbəqədər müəssisələrdə hazırlanan yeməklərdə “C” vitaminləşməyə görə laborator müayinənin aparılması, həmçinin bağçalara qoyulan sanitar-gigiyenik tələblər, peyvənd işinin düzgün təşkili, içməli açıq su mənbələrindən nümunələrin götürülüb Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməsi, dezinfeksiya işinin effektliyinə laborator nəzarətin təşkili və dezinfeksiya müqavilələrinin bağlanması, COVID-19 virus infeksiyasına qarşı vaksinasiyanın intensivləşdirilməsi, tibb müəssisələrində kəskin bağırsaq infeksiyalarına qarşı görülən tədbirlərin yoxlanılması məsələləri müzakirə edilmiş və lazımi tədbirlərin görülməsi tapşırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR