22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər məktəblilərin fənn olimpiadalarında da uğurlu nəticələrə nail olmalarına imkan verib.
Növbəti respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Muxtar respublika məktəbliləri olimpiadada 5-i “Qızıl”, 13-ü “Gümüş”, 8-i isə “Bürünc” olmaqla, ümumilikdə, 26 medal qazanıblar. Ötən il “Qızıl” medalların sayı 4, “Gümüş” medalların sayı 7, ümumi medalların sayı isə 24 olmuşdur.
Olimpiadanın nəticələrinə əsasən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri 9 medal qazanmaqla muxtar respublika birincisi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika ikincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika üçüncüsü olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR