22 Dekabr 2024, Bazar

 

Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

 

Sərəncama uyğun olaraq 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır. Bundan başqa  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılır.

Əvvəlcə bu günlərdə ildönümünü qururla andığımız Tovuz döyüşləri və   44 günlük şanlı qələbəmiz yad edildi. Tarixi qələbəni bizə yaşadan qəhrəmanlarımızın hərbi xidmət yolu vətən borcunu ödəməyə hazırlaşan gənc əsgərlərə nümunə göstərildi. Onlara hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olmaq, hərbi texnikanın sirrlərinə mükəmməl yiyələnmək, əcdadlarının keçdiyi şərəfli yolu qətiyyətlə və qürurla davam etdirmək tövsiyə olundu.

Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında  Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu gün çağırışçılar xidmət yerlərinə yola salınıblar.

Xatırladaq ki, gənc əsgərlər müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilərək 3 ay müddətində orada təlimlər keçəcək, hərbi sirrləri öyrəndikdən sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsi və nəzərdə tutulmuş xidmət müddətini keçərək ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına alınması prosesi iyulun 30-dək davam edəcəkdir.

 Şükufə HƏSƏNOVA

 Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə (baş məsləhətçi)

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR