19 Mart 2024, Çərşənbə axşamı

Gündoğan ölkəyə yollanacaq kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyətində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Tayfur Əliyev də yer alıb. İdmançımız ötən il Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya təsnifat turnirində Olimpiadaya lisenziya qazanmışdı. Hazırda dəri əlcək sahibimiz Azərbaycan milli komandasının heyətində İtaliyanın Assizi şəhərindəki Boks Akademiyasında beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Son hazırlıqlar barədə Tayfur Əliyevin fikirlərini öyrəndik: “Lisenziya qazandıqdan sonra məşqlərə ara vermədən davam edirəm. Mart ayında Türkiyə Cümhuriyyətində milli komandanın təlim-məşq toplanışı keçirildi. Bu toplanışda Argentina, Türkiyə və Ukrayna milliləri ilə birgə məşqlər 21 gün davam etdi. İstanbulda keçirilən turnirdən sonra qısa müddət ərzində Bakıda məşqlər keçirildi, ardınca Özbəkistana yollandıq. Burada çox çətin hazırlıq dönəmi keçirdik. Məlumdur ki, özbək boksçular dünyanın ən güclü dəri əlcək sahibləri hesab edilirlər və bu təlim-məşqə onlar hər çəki dərəcəsində 5 idmançı ilə qatılmışdılar. Bizimlə yanaşı, İordaniya və Əlcəzair milliləri də bu məşq proseslərində iştirak edirdi. Pandemiya səbəbindən dayandırılan Avropa təsnifat turniri Fransada yenidən təşkil olundu və burada Olimpiadaya vəsiqəm təsdiqini tapdı. Yenidən Bakı səfərindən sonra iyul ayının 4-də İtaliyaya gəldik və son hazırlıqlarımızı davam etdiririk. Buradakı toplanışa 10-dək ölkə qatılıb. Artıq Fransa millisi geri dönsə də, İtaliya, Kolumbiya, Hindistan, Ekvador, Peru və digər millilərlə birgə məşqlər davam edir. Hazırlıqlar yaxşı keçib və inanıram ki, Yaponiyada keçiriləcək Olimpiadada uğur qazanacağıq. Əsas məqsədim Tokioda çempion olmaq və Azərbaycan bayrağını dalğalandırıb Naxçıvanın boks ənənələrini dünyaya çatdırmaqdır”.
Qeyd edək ki, Azərbaycan boks millisi Yaponiyaya 5 lisenziya qazanıb. Yay oyunlarında boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR