22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası iyun ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləyərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayıb.
Naxçıvan Televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 12 telematerial hazırlanıb. Televiziyanın öz teleməhsulları, həmçinin sənədli filmlər və Dublyaj redaksiyasının materiallarının həcmi efirin 72 faizini təşkil edib. Bu dövrdə 98 veriliş efirə təqdim olunub.

İyun ayının 2-də Naxçıvan Tele­viziya və Radiosunda şuranın iştirakı ilə yaradıcılıq müzakirəsi aparılıb, monitorinqlər zamanı müşahidə olunan bəzi nöqsanlar diqqətə çatdırılıb. Ötən ay Naxçıvan radiosunun da müxtəlif istiqamətlər üzrə monitorinqi aparılıb. Bu ay ərzində radio 471 saat efirdə olub. Ümumi efirin 42,3 faizi radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 57,7 faizi isə konsert proqramları və digər hazır materiallardan ibarət olub. Ay ərzində 153 veriliş və canlı proqram, 341 konsert proqramı təqdim edilib. Şura “Kanal 35” Televiziyasının iyun ayındakı yayım siyasətini nəzarətdə saxlayıb, təhsil profilli verilişlərin monitorinqi aparılıb. Məktəblilərin bilik və bacarıqlarının artırılması məqsədilə bu ay “Dərs vaxtı” teledərslərin 58 sayı, “Peşə təhsili” ilə bağlı materialların 4 sayı efirə təqdim edilib. Bu isə ümumi efirin 39,8 faizini təşkil edib.
“Naxçıvanın səsi” radiosu 480 saat efirdə olub və efir müddətinin 87 saatını canlı yayım proqramları təşkil edib.
Şura iyun ayında da Naxçıvan Dövlət Universitet Televiziyasının yayım fəaliyyətinə nəzarəti davam etdirib, televiziyanın monitorinqini aparıb.

Naxçıvan Muxtar Respublikasının
Televiziya və Radio Şurası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR