22 Dekabr 2024, Bazar

Serbiyanın Silver Leyk şəhərində təşkil olunan “Silver Lake – 2021 Open” beynəlxalq turniri bu gün başa çatıb. Turnirdə iştirak edən şahmatçılarımız uğurlu nəticələr göstəriblər. Ən yaxşı göstərici Nəsrin Babayevaya məxsusdur. 99 şahmatçının iştirak etdiyi “B” qrupunda mübarizə aparan yeniyetmə idmançımız 9 oyunda 5,5 xal toplayaraq qadınlar arasında birinci olub. Ümumi sıralamada ilk üçlükdən cəmi yarım xalla kənarda qalan Sadiq Qarayev isə 18 yaşadək şahmatçılar arasında ikinci olub. Aktivində 5 xalı olan Nazlı Hümbətova reytinq əmsalını 171 xal artırıb. A qrupunda yer alan Pərviz Qasımov 5 xal, Toğrul Həsənzadə isə 4 xal toplayıb.
Qeyd edək ki, iyulun 2-də Serbiyada daha bir turnir start götürür. Belqrad şəhərində keçiriləcək “Serbia Chess Open 2021”-də Naxçıvan şahmatçıları da iştirak edəcək. Şahmatçılar “masters” və “amateurs” kateqoriyaları üzrə yarışacaqlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR