30 Aprel 2024, Çərşənbə axşamı


Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə rəsm əsərlərinin qorunub saxlanılması və sərgilənməsinə verilən tələblər” mövzusunda” seminar-treninq keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli “Muzeylərdə rəsm əsərlərinin qorunub saxlanılması və sərgilənməsinə verilən tələblər” mövzusunda çxış etmişdir.

Qeyd edilmişdir ki, XX əsrin əvvəllərində xalqımızın milli şüurunun və mədəniyyətinin ümumi yüksəlişi fonunda təsviri incəsənətimizin də yeni inkişaf mərhələsi başlamışdır. Həmin dövrdə Naxçıvanda da yeni realist incəsənətin əsası qoyulmuş, öz yaradıcılığı ilə təsviri incəsənətimizə yeni keyfiyyət və mövzular gətirmiş professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərli kimi böyük sənətkarlar yetişmişlər.

Bu gün Naxçıvan Muxtar Respublikasında incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərilir. Son illər muxtar diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərinin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz ifadəsidir.

Bu gün qədim diyarımızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən yaradılmış Rəssamlar Birliyi, Bəhruz Kəngərli adına Sərgi Salonu, Naxçıvan Dövlət Rəsm Qalereyası, Bəhruz Kəngərli Muzeyi və rəssamın adını daşıyan Rəssamlar Parkı fəaliyyət göstərir, 3 uşaq incəsənət məktəbində rəsm ixtisası tədris olunur. 2012-ci ildən başlayaraq muxtar respublikamızda iki ildən bir “Naxçıvan - bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı keçirilir.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən eksponatlar sərgilənir. Həmçinin tanınmış rəssamların yaratdığı sənət incilərinin müəyyən hissəsi muzeylərdə, muzeytipli müəssisələr olan rəsm qalereyalarında mühafizə və nümayiş olunur.

Muzeylərdərəsm əsərlərinin qorunub saxlanılması və sərgilənməsinə verilən tələblər barədə seminar iştirakçılarına məlumat verilmiş, onların sualları cavablandırılmışdır. 

Tədbirin sonunda ekspozisiyaya baxış keçirilmiş, bələdçinin ekskursiya aparması müzakirə edilmişdir. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR