29 Aprel 2024, Bazar ertəsi

Müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilir. 

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq tibb işçilərinin işə qəbulu üzrə müsabiqə keçirilir. Müsabiqədə iştirak etmək üçün 116 namizəd sənəd təqdim edib. 26-30 aprel tarixlərində keçiriləcək imtahanın sualları test və klinik tapşırıq hissələrinə bölünür. İmtahan suallarının test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahan bitəndən dərhal sonra namizədə imtahan nəticəsi barədə arayış verilir. Nəticələr Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilir.

İmtahan suallarının klinik tapşırıq hissəsi isə namizədin ixtisasına aid, habelə onun praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçiriləcək.
İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin ediləcək. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistemlə qiymətləndirilir, 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunacaqlar. İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılacaq.
Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün müsabiqə başa çatdıqdan sonra 3 iş günü ərzində Səhiyyə Nazirliyinə göndəriləcək. Namizədlər arasında daha yüksək bal toplamış şəxs vakant vəzifəyə təyin ediləcək.
Qeyd edək ki, 3-4 may tarixlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün də test imtahanı keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR