22 Dekabr 2024, Bazar


Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının 12 nəfər tələbəsi Ali Məhkəmənin iş prinsipi ilə tanış olub, praktik təcrübələrə yiyələniblər. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ali Məhkəmə arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyi də vurğulanıb.

Qeyd olunub ki, hami təşkilatlar tərəfindən belə tədbirlərin təşkili gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsinə, ixtisaslarına dərindən yiyələnmələrinə yeni imkanlar yaradır.

Qeyd edək ki, aprel ayının 26-sından başlıyaraq 5 gün davam edən tədbirlərdə tələbələr üçün Ali Məhkəmədə “Hüquqi Debat Turniri” təşkil edilib. Debatda iştirak edəcək komandalar və onların say tərkibi müəyyən edilib, tələbələr məhkəmənin müxtəlif strukturlarında iş şəraiti ilə tanış olub,onların cinayət işi üzrə məhkəmə prosesində iştirakları təmin edilib. 

Naxçıvan Muxtar Respublikası

Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR