Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.
Belə ki, 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma “bayrağı” asılıb.