Azərbaycanla və İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətləri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri idi və biz bunu yüksək qiymətləndiririk.
Bunu xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Hayom” qəzetində dərc edilmiş müsahibəsində deyib.
Nazir bildirib ki, iki ölkə arasında əməkdaşlıq sıx və qarşılıqlı faydalıdır və siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir:
"Azərbaycan-İsrail tərəfdaşlığı güclü, hərtərəfli və çoxölçülüdür. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığımızı inkişaf etdirmək üçün artıq 10-dan çox sənəd imzalanıb, daha 20 müxtəlif layihə isə baxılmaqdadır. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir.
Xalqlarımızın liderləri arasındakı şəxsi münasibətlər dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Baş nazir cənab Binyamin Netanyahu son dəfə Azərbaycana 2016-cı ilin sonlarında gəlmişdi. Bu səfər çox məhsuldar oldu. Bu münasibətlə mühüm sənədlər imzalanıb. Bunların arasında, digər sənədlərlə yanaşı, birgə iqtisadi komissiyanın yaradılması barədə razılaşma var idi".