23 Dekabr 2024, Bazar ertəsi

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinin nəticəsini daha təsirli hala gətirmək üçün aprelin 29-u yerli vaxtla saat 19.00-dan (Bakı vaxtı ilə 20.00) mayın 17-si saat 5.00-dək ölkədə “tam qapanma!” rejimi tətbiq olunacaq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Gündəlik yoluxma sayının 5 min nəfərə endirilməsini COVID-19 virusu ilə mübarizədə mühüm hədəf kimi dəyərləndirən dövlət başçısı bildirib ki, belə olmazsa turizm, ticarət və təhsil də daxil olmaqla bütün sahələrdə ağırlaşmış vəziyyətlə üz-üzə qala bilərik.

Qeyd edək ki, Türkiyədə koronavirusla mübarizə tədbirlərinin icrasını Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Hələlik “tam qapanma!” rejiminin şərtləri elan edilməyib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR